NƏ ÜÇÜN ÖZÜNÜ ALDADIRSAN?

Din əxlaqından uzaq cəmiyyətdə yaşayan insanların böyük qisminin həyat anlayışları və həyatdakı məqsədləri bir-birinə bənzəyir. İlk baxışda bir-birindən fərqli görünsə də, əslində təməldə eynidir. Çünki yaşadıqları şərtlər dəyişsə də, dünyaya aid istəkləri, bağlılıqları, ehtirasları, planları, idealları və əməlləri son dərəcə bənzərdir.

İnsanın xarakterinin formalşdığı ilk illər uşaqlıq illəridir. Bu illərdə uşaqların olduqca məsuliyyətsiz və dünyadan xəbərsiz bir həyatı olur.

YARADILIŞ MƏQSƏDİNİ UNUTMAMAQ

Küçədə isəniz ətrafınıza, evdə isəniz pəncərədən çölə baxın. Ağaclar, çiçəklər, təpələr, səma, insanlar və digər canlılar… Dünya üzərində indi görə bilmədiyiniz digər yerləri də düşünün; dənizlər, göllər, dağlar, ətrafınızda gördükləriniz xaricində milyardlarla insan, həyatda heç qarşılaşmadığınız milyonlarla növ canlı… Son olaraq da dünyadan kənara çıxın və kainatı düşünün; içində yüz milyardlarla ulduz olan yüz milyardlarla qalaktika, günəş, planetlər, peyklər, kometalar və digər göy cisimlərinin olduğu ucsuz-bucaqsız məkan…

ÖZÜNÜ ALDATMADAN SƏMİMİ DİNDAR OLMAQ

Ətrafımızdakı varlıqların – dünyada olan canlıların və kainatdakı canlı-cansız hər şey üzərində düşünməyin vacibliyini və bu düşüncənin nəticəsində insanın yaradılış məqsədinin Allaha qulluq etmək olduğu həqiqətinə əvvəlki hissə toxunmuşduq. Bu hissədə çox əhəmiyyətli bir mövzudan bəhs edəcəyik.
Hal-hazırda neçə yaşındasınızsa, məsələn 30 yaşınız varsa, bundan 30 il 10 ay əvvələ nəzər yetirək: Yer üzündə bir varlığınız olmadığı kimi, var olacağınıza dair bir işarə də yox idi.

DİN ƏXLAQINI YAŞAMAQ ÜÇÜN SƏMİMİ OLMAQ LAZIMDIR

Həqiqi və səmimi imana sahib olan insanlar heç zaman özlərini aldatmaz və həqiqətlərdən qaçmazlar. Çünki bu insanlarda güclü Allah qorxusu vardır və bu səbəblə Allahın razılığını itirməkdən, ONA qulluqda qüsur etməkdən şiddətlə çəkinərlər. Amma Quranda bildirilən ifadə ilə "ürəyində xəstəlik olan kəslər" Allaha ibadət etməkdə "ağır" tərpənərlər. Allah bu insanların varlığını Nisa Surəsinin 72-ci ayəsində "Aranızda elələri də vardır ki, ağır tərpənər” şəklində bildirmişdir. Bu insanlar Qurana uyğun olan həyat və əxlaq modelini bilsələr də, dini mövzuda səmimi olmadıqları üçün istəksizdirlər. İbadətləri yerinə yetirməmək üçün daim bəhanə axtarırlar.

AXİRƏT İNANCININ GÜCLÜ OLMASI İLƏ SƏMİMİ DİNDAR OLMAQ MÜMKÜNDÜR

Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, yaradılış məqsədini unudaraq öz istək və arzularına görə dəyərsiz işlərin arxasınca gedərək həyatını Allahın əmr və qadağalarını tanımadan keçirən bir insan ölümdən sonra diriləcəyini, etdiklərinin bir-bir hesabını verəcəyini və buna uyğun olaraq əvəz görəcəyini düşünmək istəmir. Axirətin varlığını bilsə də, vicdanını susduraraq özünü aldadır. Sırf bu həqiqətdən qaçmaq üçün bəzi azğın inanclara belə sarılır. Məsələn, xüsusilə son zamanlarda yayılan, öldükdən sonra dəfələr dirilərək fərqli yerlərdə və zamanlarda yenidən dünyaya gəlmə şəklində açıqlanan reinkarnasiya inancının insanlar tərəfindən mənimsənilməsinin səbəblərindən biri də budur.

SƏMİMİ İNSANLAR ŞEYTANA UYMAZLAR

İnsanların böyük əksəriyyəti şeytanın əsl xüsusiyyətlərini tanımaz, onu ətrafdan eşitdikləri ya da filmlərdə gördükləri kimi "xəyali bir varlıq" olaraq canlandırarlar. Buna görə bəzi insanlar şeytanın müstəqil bir gücə sahib olduğunu sanırlar (Allahı tənzih edirik). Bəzi insanlar da şeytanın varlığına şübhə ilə yanaşaraq ona əhəmiyyət vermirlər. Varlığına ehtimal versələr belə şeytanın özləri üzərində bir təsirinin ola biləcəyini heç düşünmürlər. Bunların hər ikisi də heç bir məlumat və dəlilə əsaslanmayan, əksinə yalnız zənn edilən səhv inanışlardır. Hər mövzuda olduğu kimi bu mövzuda da ən doğru və etibarlı məlumatı Allahın haqq kitabından öyrənə bilərik.

ŞEYTAN İNSANLARA BƏHANƏLƏR TƏLQİN EDİR

Şeytan insanları Allahın yolundan azdırmaq, Allahın əmr etdiyi ibadətləri yerinə yetirmələrinə və Quranda bildirilən üstün əxlaqı yaşamalarına mane olmaq üçün yollar axtarır. Bu yollardan biri də insanların yerinə yetirmədikləri ibadətlərlə əlaqədar müxtəlif bəhanələr uydurmalarını  təmin etməkdir. Yəni şeytan bir insanı səhvə sürükləyərkən bəhanələrini də onunla birlikdə verir. Məsələn, Allaha ibadət etməsi lazım olduğunu bilən gənc bir insana qarşısında daha çox uzun illər olduğu, gələcəkdə bu məsuliyyətlərini tam olaraq yerinə yetirəcəyi, amma indi buna vaxtının olmadığı, şəraitin də əlverişli olmadığı, bütün gün çöldə, məktəbdə ya işdə olduğu, həm də  yoldaşlarının da bunu bəyənməyəcəyi kimi onlarla bəhanə təlqin edir.

ŞEYTAN İNSANI BOŞ VƏ MƏNASIZ İŞLƏRLƏ MƏŞĞUL EDİR

Şeytanın insanları aldatmaq üçün istifadə etdiyi taktikalardan biri də onları boş və mənasız işlərlə məşğul etməsidir. Bunun üçün Allahın rizasından uzaq olan işləri insanlara cazibədar göstərir. Şeytanın bu təlqinlərinə qapılan insanlar davamlı olaraq dünyəvi planlar və hədəflərlə məşğul olan insanlara çevrilirlər. Bunlarla əylənərkən də Allaha olan qulluq vəzifələrini, bir gün dünyadakı həyatlarının sona çatacağını və Allahın hüzurunda hesab verəcəklərini ağıllarına belə gətirməzlər. Əvvəlki bölmələrdə üzərində dayanıldığı kimi, daha yaxşı bir məqam, daha çox pul və sərmayə, daha parlaq bir gələcək kimi keçici maraqlarla bütün həyatlarını keçirərlər. Halbuki bir saniyə sonra yaşayacağının zəmanəti olmayan, harada və necə öləcəyini əsla bilməyən bir insanın belə nəticəsiz planlar arxasınca qaçmasının, hesablar aparmasının böyük bir qəflət olduğu məlumdur.

ŞEYTAN, HİYLƏLİ VƏDLƏR VERİR

Şeytan insanı Allahın yolundan sapdırmaq üçün insanlara boş işləri bəzəkli göstərməklə qalmır. Onlara bu mövzuda müxtəlif vədlərdə də verir. Allah şeytanın bu hiyləsini bir ayəsində belə bildirir:

(Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir. (Nisa Surəsi, 120)

Şeytanın təsirinə düşən insanlar önlərində çox uzun illərin olduğuna özlərini inandırıb, uzun vədəli planlar qururlar. Sanki bu dünyada sonsuza qədər yaşayacaqmış kimi mal, mülk, məqam, mövqe ehtirasına qapılaraq Allahın razılığından tamamilə uzaqlaşarlar. Allah bunun şeytanın bir hiyləsi olduğunu başqa bir ayədə belə bildirir:

İNSANLAR HANSI YALANLARLA ÖZLƏRİNİ ALDADIRLAR?


Şeytan insanları müxtəlif bəhanələrlə, təlqinlərlə, hiyləgər dəvətlərlə öz yoluna çəkməyə çalışır. İnsanlara yaradılış məqsədlərini unutduraraq, onları dünyəvi mənfəətlərə, müvəqqəti ideallara yönəldir. Əgər insan şeytanın bu çağırışına aldansa və hər şeyi yaratmış olan Rəbbimizin çağırışından üz çevirsə,  o zaman doğrunu görə bilməsi mümkün olmaz. Allah Quranda belə insanların vəziyyətini xəbər vermişdir. Zuxruf Surəsində mövzuyla əlaqədar ayələrdə belə buyurulur:

DÜŞÜNMƏDİYİ ÜÇÜN "AĞLIMA GƏLMƏDİ, BİLMİRDİM" DEYƏ BİLƏCƏYİNİ ZƏNN EDƏNLƏR

İnsanın həyatı boyunca yaşadığı hər anı filmin kadrlarına bənzətsək, bir həyatın trilyonlarla kadrdan meydana gəldiyini düşünə bilərik. Bu trilyonlarla kadrdan hər biri insan üçün verilmiş fürsət deməkdir. İnsanın həyatındakı hər an, gerçəkləri düşünməsi, doğruları görə bilməsi üçün hesab günündən əvvəl özünə verilmiş nemətdir. Bu neməti xeyrə istifadə edənlər, düşünərək dünya həyatının əsl mahiyyətini qavraya bilən insanlardır. Düşünməyənlər və həyatlarını qəflət içində davam etdirənlər isə, bu fürsəti qiymətləndirə bilməzlər.

"BİLİRDİM, AMMA ZAMANIM VƏ İMKANIM YOX İDİ" DEYƏRƏK ÖZÜNÜ ALDADANLAR

 Allah Quranı bütün insanlara yol göstərici kitab olaraq göndərmişdir. Qiyamətə qədər bütün insanlar Quranda bildirilən əmrlərə tabe olmaqla, ibadətləri yerinə yetirməklə məsul sayılırlar. Allahın Quranda istisna olaraq bildirdiyi hallar xaricində hər insan ibadətləri yerinə yetirib yetirmədiyi haqqında din günü hesab verəcək. Buna görə Allahın bildirdiyi istisnalar xaricində öz-özünə bəzi bəhanələr uyduraraq, Allaha qulluq vəzifəsini yerinə yetirməyən adam, özünü aldatmış olur. Bu açıq gerçəyə baxmayaraq insanlar davamlı olaraq bəhanələr uydurur və Allaha qarşı olan məsuliyyətlərini göz ardı edirlər.

"YORĞUNAM, XƏSTƏYƏM" DEYƏRƏK ALLAHA IBADƏT ETMƏYƏNLƏR

İnsanların din əxlaqını yaşamamaları üçün gətirdikləri  bəhanələrdən biri də fiziki narahatlıqlardır. Məsələn, Allaha ibadətdə istəksiz olan insan həqiqətdə xəstə olmadığı halda, "xəstəyəm, yorğunam" kimi bəhanələrlə özünü və ətrafındakıları aldadar və məsuliyyətlərini yerinə yetirməz. Halbuki bu adam unutmamalıdır ki, Allah hər şeyi bilir. İnsanın heç bir hərəkəti, heç bir düşüncəsi Allahdan gizli qalmaz. Ağlından keçən hər düşüncə, ürəyində hiss etdikləri və şüuraltında gizli olanları Allah bilir. Quranda xəbər verildiyi kimi

"…Şübhəsiz Allah ürəklərdə olanları biləndir. ." (Ali-İmran Surəsi, 119)

"ALLAH MƏNI BAĞIŞLAYAR" DEYƏRƏK ÖZLƏRINI ALDADANLAR

İnsanların çoxu Allahın varlığını bilir və qəbul edirlər, amma Onun qüdrətini lazımi kimi təqdir etmirlər. Yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Məsələn, Allahın qullarına qarşı çox lütfkar, bağışlayıcı və mərhəmətli olduğunu düşünsələr də, inkarçılardan intiqam alan, onlara əzab edən sifətlərini düşünmürlər.

Allahı lazımi kimi təqdir edə bilməyən bu insanların ya Allah qorxusu yoxdur, ya da çox məhduddur. Bu da insanın axirəti baxımından çox təhlükəli bir vəziyyətdir. Çünki Allah qorxusu olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan bir insan hər cür pisliyi, zülmü rahatlıqla edə bilər. Allahın qadağan və haram etdiyi hər cür günahı işləyib, sonra da "Allah bağışlayar" kimi reallıqdan uzaq düşüncəyə qapıla bilər. Buna görə şeytan insanlara həmişə bu cəhətdən yaxınlaşır və insanların özlərini "yəqin ki bağışlanaram" düşüncəsi ilə aldatmalarına səbəb olur.

"ONSUZ DA MƏN CƏNNƏTƏ GEDƏRƏM" DÜŞÜNCƏSINDƏ OLANLAR

Dini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də, özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyat olduğunu qəbul etmələrinə baxmayaraq, din əxlaqını yaşamamalarının səbəbi, özlərinin mütləq cənnətə gedəcəklərinə dair olan zənnləridir. Bu cür düşünən insanların haradan belə bir qənaətə gəldikləri məlum deyil.Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görər və yaxşı bir insan olduğu üçün də cənnətə girməyə layiq olduğu qənaətinə gələr.

"HAMI ELƏ DÜŞÜNÜRDÜ, MƏN DƏ ONLARA TABE OLMAĞA MƏCBUR QALDIM" DEYƏNLƏR...


İnsanların yanıldıqları bir çox mövzuda cəmiyyətin psixologiyasının təsiri böyükdür. Xüsusilə də din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə səhv, ya da pis də olsa çoxluğun mənimsədiyi düşüncə, ya da davranışlar  insanlar tərəfindən də mənimsənilməyə başlanır. İnsan əslində vicdani olaraq doğrunu bilməsinə baxmayaraq sırf çoxluğun təsiriylə "bu qədər adamın bir bildiyi vardır" kimi səhv bir fikirlə vicdanını susdurar və onlara tabe olar.Halbuki çoxluq heç bir mövzuda yol göstərici ola bilməz. İnsanlara doğrunu yanlışdan ayırd etmələri üçün endirilmiş olan yalnız Qurandır. Quranda olmayan bəzi meyarları qəbul edənlər və ona tabe olanlar  çox böyük yalnışlığa düşərlər. Necə ki, Allah Quranda insanları çoxluğun arxasınca getməmələri üçün açıqca xəbərdarlıq etmişdir.

"ELM ADAMLARI DİNİ İNKAR EDİRDİ,ONLARA İNANDIM" DEYƏRƏK ÖZÜNÜ ALDADANLAR


İnsanların dini inkar etmək üçün qarşıya qoyduqları bəhanələrdən biri də, Allahı və axirət gününü inkar etmə yanılmasına düşən elm adamlarının varlığıdır.
Xüsusilə yaşadığımız dövr, elmin ciddi şəkildə irəlilədiyi, elmi baxımdan tarix boyunca yaşanmamış bir çox təcrübənin və inkişafın yaşandığı bir əsrdir. Elm və texnologiyanın təmin etdiyi imkanlarla kainatdakı nizam və dizayn görülməkdə, Allahın yaratdığı sistemlərin qüsursuzluğu aydın olmaqda, canlıların sahib olduğu bir çox yaradılış gerçəyi daha yaxından tanınmaqda, Quranın möcüzələri tək-tək kəşf edilməkdədir.

ÖZÜNÜ ALDADANLARIN SONU

Bilinməlidir ki, hər insan eyni vicdana malikdir; vicdansız insanları yüksək vicdanlı insanlardan fərqləndirən, bildikləri gerçəklərə gözlərini bağlamaları və qulaqlarını qapamalarıdır.
Allahın Quranda təriflədiyi bir peyğəmbər olan Hz. İbrahim kimi həyatlarının hər anında vicdanlarının səsinə qulaq asan insanlar, gözəl və dinc bir həyat yaşayarlar. Çünki bu insanlar doğruya tabe olmanın və axirətdə gözəl bir qarşılıq ümid etmənin verdiyi mənəvi rahatlıq içindədirlər. Vicdanlarına qulaq asmayan insanlara üçün isə bunun tam əksi aiddir. Bu insanlar doğru olanı tətbiq etməmənin, haqq olana tabe olmamanın və bunun qarşılığında da böyük bir cəza olacağını bilmənin gizli çətinliyini, yəni vicdan əzabını içlərində yaşayarlar.

ÖZÜNÜ ALDATMAQ ƏVƏZİNƏ SƏMİMİYYƏT


Sonsuzluq içində insan yalnız bir dəfə sınanar və bu sınaq müddəti illik təxminən 6-7 hissədən ibarətdir. Və insanın sonsuz həyatını bu sınaq müddəti içindəki davranışları təyin edir. Bu qısa, amma son dərəcə əhəmiyyətli müddəti də insan özünü aldadaraq keçirsə imtahanı itirər.Məhz gerçək olan budur; insan özünü aldadaraq nə gerçəyi dəyişdirə bilər, nə də məsuliyyətdən qaça bilər.
Tam əksinə insanın dünyada gerçəklərdən qaçması yalnız öz əleyhinədir. Bu insan vicdanını  susduraraq özünü aldatdığı, müxtəlif bəhanə və həqiqətlərlə rahatlaşmağa çalışdığı hər an əslində qorxunc bir itki içindədir. Axirətdə isə bu ağılsızlığı səbəbiylə -Allahın istəyi xaricində- əsla düzəldilməsi mümkün olmayacaq bir peşmanlıq içində olacaq.